Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
18 fevral 2026

2026-cı ilin fevral 17-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
 
İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, hazırda yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.

İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə ətraflı məlumat təqdim edib.

Sonra müsabiqəni uğurla başa vurmuş 34 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Həmçinin Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb. Hakimin xidməti vəsiqəsinin və Məhkəmə-Hüquq Şurasının rəsmi embleminin təsviri və nümunələri təsdiq edilib.

Sosial şəbəkələrdə paylaş:

Digər xəbərlər

16 yanvar 2026

Birinci və apellyasiya instansiyası məhkəmələrində vakant olan 345 dövlət qulluğu vəzifəsi müsahibəyə çıxarılıb

26 yanvar 2026

Bir qrup hakim təlimə cəlb edilib

13 fevral 2026

Hakimlərin Seçki Komitəsinin məlumatı