Təsvir
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Bakı şəhərinin Səbail rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.
Rayon haqqında qısa məlumat
Səbail rayonu Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəz rayonudur, paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Ərazisi - 29 kv.km, əhalisi - 89.238 nəfər və 8.804 nəfər məcburi köçkün.
Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə Bayıl Bibiheybət, 1931-ci ildən Stalin, 1960-ci ildən isə 26 Bakı Komissarı adını daşımış və 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 112 saylı qərarına əsasən Səbail rayonu adlandırılmışdır. Səbail-Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır.
Rayonun ərazisində antik dövrə və orta əsrlərə aid abidələr mövcuddur. İçərişəhər Azərbaycanda mövcud olan və YUNESKO tərəfindən dünya mədəniyyət irsinin inciləri sırasına daxil edilmiş tarixi abidələrdən ən möhtəşəmidir. İçərişəhərin 1000 ildən çox yaşı yar. Onun başlıca abidəsi dəbdəbəsi və möhtəşəmliyi ilə insanı heyran qoyan və dövlət tarixi memarlıq muzey-qoruğu olan Şirvanşahlar sarayı ansamblıdır. Azərbaycan Respublikasının əsas idarəetmə orqanları – Prezident Sarayı, Milli Məclis, Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Konstitusiya Məhkəməsi, Bakı Şəhər İcra Hakimiyyəti, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, bir çox nazirliklər və idarələrin yerləşdiyi Hökumət Evi Səbail rayonu ərazisində yerləşir. Bakılıların və şəhərə gələn qonaqların əsas ziyarət yerləri olan Şəhidlər xiyabanı və Fəxri xiyaban, Heydər Əliyev Fondu, habelə bir çox istirahət və gəzinti obyektləri, o cümlədən Fəvvarələr meydanı, Dənizkənarı bulvar, Azadlıq meydanı da Səbail rayonunda yerləşir.
Telefon:
(012) 491-21-81E-mail:
contact@sabayilcourt.gov.azÜnvan:
Bakı şəhəri, M.Useynov küçəsi 5