Bakı Şəhəri Xətai Rayon Məhkəməsi

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi

Ümumi məlumat

Təsvir

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Bakı şəhərinin Xətai rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

 

 

Rayon haqqında qısa məlumat

Xətai rayonu 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsi Nizami rayonu adlandırılmışdır. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən “Azərneftyağ” NEZ, “Xəzərdənizneftdonanma” İdarəsi, Təcrübə-Sənaye Zavodu, “Neft Kəmərləri” İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 1 uşaq evi, 15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Rayonun ərazisi 31,2 kv.km, əhalisinin sayı isə 255 min 151 nəfərdir (21 iyun 2011). Ermənilərin işğalçılıq siyasəti nəticəsində Xətai rayonunda 10232 nəfər qaçqın və 23044 nəfər məcburi koçkün məskunlaşmışdır.

Əlaqə məlumatları

Telefon:

(012) 374-96-25

E-mail:

contact@khataicourt.gov.az

Ünvan:

Bakı şəhəri, M.Hadi küçəsi 249

Sosial şəbəkələrdə paylaş: