Bakı Hərbi Məhkəməsi

Bakı Hərbi Məhkəməsi

Ümumi məlumat

Təsvir

Bakı Hərbi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır).

 

 

Məhkəmə haqqında qısa məlumat

Bakı Hərbi Məhkəməsi 1992-ci ilin avqust ayında yaradılıb. 1992-ci ildən 1997-ci il iyun ayının 10-dək Bakı Qarnizonu Hərbi Tribunalı adı altında fəaliyyət göstərib və həmin tarixdə qanunvericiliyə dəyişiklik edilməsi nəticəsində qarnizon hərbi tribunalları hərbi məhkəmələr adlandırılmışdır.

Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə Bakı Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Bakı şəhəri Binəqədi rayonu

2. Bakı şəhəri Xətai rayonu

3. Bakı şəhəri Xəzər rayonu

4. Bakı şəhəri Qaradağ rayonu

5. Bakı şəhəri Nərimanov rayonu

6. Bakı şəhəri Nəsimi rayonu

7. Bakı şəhəri Nizami rayonu

8. Bakı şəhəri Sabunçu rayonu

9. Bakı şəhəri Səbail rayonu

10. Bakı şəhəri Suraxanı rayonu

11. Bakı şəhəri Yasamal rayonu

12. Abşeron rayonu

13. Xaçmaz rayonu

14. Xızı rayonu

15. Qobustan rayonu

16. Quba rayonu

17. Qusar rayonu

18. Siyəzən rayonu

19. Sumqayıt şəhəri

20. Şabran rayonu

21. Şamaxı rayonu

22. Şuşa rayonu

23. Qubadlı rayonu

Əlaqə məlumatları

Telefon:

(012) 537-20-96

E-mail:

contact@bakumilitarycourt.gov.az

Ünvan:

Bakı şəhəri, Eldar Ağayev küçəsi 126

Sosial şəbəkələrdə paylaş: