Zəngilan Rayon Məhkəməsi

Zəngilan Rayon Məhkəməsi

Ümumi məlumat

Təsvir

Zəngilan Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Zəngilan rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

 

 

Rayon və məhkəmə haqqında qısa məlumat

Zəngilan Rayon Məhkəməsi 1930-cu ildə yaradılmış, əvvəlki adı Zəngilan Rayon Xalq Məhkəməsi olmuşdur. Azərbaycan Respublikasının qərbində yerləşən Zəngilan inzibati rayonu cənubdan İran İslam Respublikası, şimaldan Qubadlı, şərqdən isə Cəbrayıl rayonları ilə həmsərhəddir. Ərazisi 707 kv. km, əhalisi 35370 nəfərdir. Şərqlə Qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur.

Bölgənin tarixinin qədimliyini qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar, aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri sübut edir. Zəngilan rayonu 1930-cu ilin avqust ayında yaradılmışdır. 1967-ci ildə Zəngilan qəsəbəsinə şəhər statusu verilmişdir. 

29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.

20 oktyabr 2020-ci ildə Zəngilan  şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli,  Həkəri, Şərifan, Muğanlı kəndləri, 21 oktyabr 2020 ci ildə Mincivan  qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik,   Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləklikəndləri və Ağbənd qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Əlaqə məlumatları

Telefon:

E-mail:

zengilan@courts.gov.az

Ünvan:

A.Məhərrəmov küçəsi 15

Sosial şəbəkələrdə paylaş: