
Təsvir
Laçın Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Laçın rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.
Rayon və məhkəmə haqqında qısa məlumat
Laçın Rayon Məhkəməsi 1930-cu ildə yaradılmış, yaradıldığı vaxtdan Laçın Rayon Xalq Məhkəməsi kimi fəaliyyət göstərmişdir. Laçın rayonu inzibati ərazisində yerləşmişdir.
Laçın – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Laçın şəhəridir. 1930-cu ildə bu əraziyə rayon statusu verilmişdir. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.
Laçın rayonunun 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazi olmuşdur ki, 1992-ci ilin may ayının 18-dən Ermənistan ordusu tərəfinfən işğal olunmuşdur.
Laçın rayonu 1 dekabr 2020-ci ildə Ermənistan işğalından azad olunmuşdur. Laçın rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur
Telefon:
E-mail:
lachin@courts.gov.azÜnvan:
Ağcabədi şəhəri, F.Əlizadə küç, 19