
Təsvir
Şuşa Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Şuşa rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.
Rayon haqqında qısa məlumat
Azərbaycan Respublikasının Şuşa rayonu respublikanın qərbində yerləşir. Səthi dağlıqdır. Yuxarı Qarabağ iqtisadi zonasına daxildir. Azərbaycanda rayon 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 29,0 km², əhalisi 29 min 500 nəfərdir. (13 iyun 2011) İnzibati mərkəzi Şuşa şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 12 kənd var. Bu yaşayış məntəqələri 14 ərazi numayəndələyi vasitəsilə idarə olunur.
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. İşğaldan qabaq ərazidə 1 şəhər, 1 qəsəbə (Turşsu), 37 kənd olub.
İkinci Qarabağ müharibəsi nəticəsində Şuşa şəhəri 8 noyabr 2020- ci ildə Ermənistan işğalından azad olunmuşdur. Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
Telefon:
E-mail:
shusha@courts.gov.azÜnvan:
Abşeron rayonu Z.Tağızadə 25