Təsvir
Ağdam Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Ağdam rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.
Rayon haqqında qısa məlumat
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Həmin tarixdə də Ağdam Rayon Xalq Məhkəməsi (indiki Ağdam Rayon Məhkəməsi) yaradılıb. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri min illərdən keçərək bugünə gəlib çatmışdır. Rayonun ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.
1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub.
20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur.
Telefon:
(026) 325-05-97, 325-06-21E-mail:
contact@aghdamcourt.gov.azÜnvan:
Ağdam rayonu, Quzanlı qəsəbəsi