Tərtər Hərbi Məhkəməsi

Tərtər Hərbi Məhkəməsi

Ümumi məlumat

Təsvir

Tərtər Hərbi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). 

 

 

Məhkəmə haqqında qısa məlumat

Azərbaycan Respublikası Milli Məclisinin 02 fevral 1993-cü il tarixli, 496 saylı Qərarı ilə birinci instansiya məhkəməsi kimi Tərtər Qarnizonu Hərbi Tribunalı təsis edilmişdir.

Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə Tərtər Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağcabədi rayonu;
2. Ağdam rayonu;
3. Ağdaş rayonu;
4. Ağsu rayonu;
5. Balakən rayonu;
6. Bərdə rayonu;
7. Goranboy rayonu;
8. Göyçay rayonu;
9. Xankəndi şəhəri;
10. Xocalı rayonu;
11. İsmayıllı rayonu;
12. Qax rayonu;
13. Qəbələ rayonu;
14. Oğuz rayonu;
15. Şuşa rayonu;
16. Şəki rayonu;
17. Tərtər rayonu;
18. Ucar rayonu;
19. Yevlax rayonu;
20. Zaqatala rayonu;
21. Zərdab rayonu.

Əlaqə məlumatları

Telefon:

E-mail:

terterherbi@courts.gov.az

Ünvan:

Tərtər şəhəri, H.Əliyev prospekti

Sosial şəbəkələrdə paylaş: