Təsvir
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Bakı şəhərinin Suraxanı rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.
Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binasının layihəsi hazırlanmış və bu məhkəmə kompleksinin inşasına 2012-ci ildə başlanılacaqdır.
Rayon haqqında qısa məlumat
Suraxanı rayonu 1920-ci ildə yaradılıb. Rayon 18 aprel 1990-cı ilədək Orconikidze rayonu adlanmışdır. Rayonun əhalisinin sayı 201 min 400 nəfər (28 iyun 2011), ərazisi isə 100 kv.km-dir. Rayon Sabunçu, Nizami, Xəzər, Xətai və Xəzər dənizi ilə həmsərhəddir. Suraxanı rayonunda yerləşən "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı, əbədi alovların yerində inşa edilmiş od məbədidir. Məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. Məbədin ən son tikilisi Balaxanıdadır və Düma, Mendeleyev, Vereşşagin, professor Berezin, akademik Dorn kimi məhşur alim və səyyahlar orada qalmışlar. "Atəşgah" hind tacirlərinin yerli sənətkarlar tərəfindən köhnə atəşpərəstlik məbədi üzərində ucaldılmışdır. Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasında Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Suraxanı rayonunda 15.781 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır.
Telefon:
(012) 526-94-28E-mail:
contact@surakhanycourt.gov.azÜnvan:
Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 17