Təsvir
Gəncə Apelyasiya Məhkəməsi apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır. Gəncə Apelyasiya Məhkəməsi mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir.
Gəncə Apelyasiya Məhkəməsi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə aparılmış məhkəmə hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi - birinci instansiya, apelyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradılmış və bu sistem Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanla yeni mərhələyə qədəm qoymuşdur.
16 iyul 2007-ci ildən fəaliyyətə başlamış Gəncə Apelyasiya Məhkəməsi mülki işlər üzrə, iqtisadi mübahisələrə dair işlər üzrə, cinayət və inzibati xətalara dair işlər üzrə və hərbi məhkəmələrin işləri üzrə yuxarı instansiya məhkəməsidir.
Gəncə Apelyasiya Məhkəməsinin kollegiyaları apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır.
Gəncə Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri:
- Ağdam Rayon Məhkəməsi;
- Ağstafa Rayon Məhkəməsi;
- Bərdə Rayon Məhkəməsi;
- Daşkəsən Rayon Məhkəməsi;
- Gədəbəy Rayon Məhkəməsi;
- Gəncə Şəhər Məhkəməsi;
- Goranboy Rayon Məhkəməsi;
- Göygöl Rayon Məhkəməsi;
- Xankəndi Şəhər Məhkəməsi;
- Xocalı Rayon Məhkəməsi;
- Kəlbəcər Rayon Məhkəməsi;
- Qazax Rayon Məhkəməsi;
- Naftalan Şəhər Məhkəməsi;
- Samux Rayon Məhkəməsi;
- Şəmkir Rayon Məhkəməsi;
- Tərtər Rayon Məhkəməsi;
- Tovuz Rayon Məhkəməsi;
- Gəncə Ağır Cinayətlər Məhkəməsi;
- Gəncə Hərbi Məhkəməsi (Gəncə Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);
- Tərtər Hərbi Məhkəməsi (Gəncə Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);
- Gəncə İnzibati Məhkəməsi;
- Gəncə Kommersiya Məhkəməsi.
Telefon:
(0222) 56-28-58E-mail:
contact@gancaappealcourt.gov.azÜnvan:
Gəncə şəhəri, Atatürk prospekti, 252