Avropa Şurası və Avropa Komissiyasının təşəbbüsü ilə 2003-cü ildən etibarən 25 oktyabr tarixinin Avropada mülki ədalət mühakiməsinin Avropa günü kimi qəbul olunmasını nəzərə alaraq məhkəmədə 25 oktyabr 2018-ci il tarixi «açıq qapı» günü elan edilmişdir:

Siz, ədalət mühakiməsinin həyata keçirilməsi sistemi ilə yaxından tanış olmaq, ölkəmizdə məhkəmə fəaliyyəti sahəsində həyata keçirilən islahatlar barədə məlumatlandırılmaq, hüquqlarınızın müdafiə mexanizmləri, məhkəməyə müraciət qaydaları və s. bu kimi məsələlər barədə məlumat və məsləhətlər almaq üçün həmin gün saat 10-00-dan 16-00-dək məhkəmənin böyük məsləhətçisi vasitəsi ilə hakimlər tərəfindən qəbul ediləcəksiniz.