Daxil ol

Daxil ol

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi

Qurbanov Ramin Afad oğlu

https://courts.gov.az/az/yasamal/judge/Qurbanov-Ramin-Afad-oglu_500

2020-03-28 12:30:56

Qurbanov Ramin Afad oğlu - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi

Qurbanov Ramin Afad oğlu

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi

Hüquq elmləri doktoru

MƏHKƏMƏ İŞLƏRİ MƏHKƏMƏ İCLASLARI MƏHKƏMƏ AKTLARI

Doğulduğu il

1974

Təhsil

1995
Bakı Dövlət Universiteti, Beynəlxalq hüquq fakültəsi
2000
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Hərbi fakültə
2002
ABŞ-ın Norsvestern Universiteti, Hüquq İnstitutu
2003
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, İnzibati idarəetmə fakültəsi
2006
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyası, Hüquq fakültəsi

İş təcrübəsi

1995 - 1997
Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsinin hüquq məsləhətçisi
1997 - 2016
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun dissertantı, doktorantı, böyük elmi işçisi, aparıcı elmi işçisi
1998 - 1999
Ədliyyə Nazirliyi Qanunlar Toplusu Redaksiya qrupunun mütəxəssisi, aparıcı mütəxəssisi
1999 - 2000
Ədliyyə Nazirliyi Qanunvericilik və hüquqi təbliğat idarəsinin baş mütəxəssisi
2000 - 2001
Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin aparıcı mütəxəssisi
2001 - 2005
Ədliyyə Nazirliyi Təşkilat-analitik idarənin aparıcı məsləhətçisi
2004 - 2005
Odlar Yurdu Universitetində mülki proses hüququ kafedrasının müəllimi
2005 - 2013
Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin baş məsləhətçisi, islahatlar üzrə qrupunun rəhbəri
2009 - 2015
2009-cu ildə Beynəlxalq Hüquq İnstitutunun ABŞ-ın Corctaun Universiteti ilə birgə təşkil etdiyi «Məhkəmə idarəçiliyi, məhkəmələrdə işin təşkili və elektron sənəd dövriyyəsi» mövzusunda ixtisaslaşdırılmış kurslarını, habelə 2015-ci ildə Sinqapur Məhkəmə İnstitutunda «Məhkəmələrin elektron idarəolunması: zamanın tələbləri, həlli yolları, yeniliklər» mövzusunda ixtisasartırma kurslarını müvəffəqiyyətlə bitirmişdir
2005 - 2018
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (SEPEJ/CEPEJ) Azərbaycanın nümayəndəsi və 2011-ci ildən həmin komissiyanın Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə işçi qrupunun ekspert-üzvü

2014 - 2016-cı illərdə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) Büro üzvü, 2016 - 2018-ci illərdə isə həmin qurumun Vitse-prezidenti vəzifələrinə gizli səsvermə yolu ilə seçilmişdir
2009 - h/h
Ədliyyə Akademiyası və Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunda mühazirəçi
2013 - h/h
Ədliyyə Nazirliyi "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri
2013 - h/h
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi
2014 - 2017
Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə işçi qrupu tərəfindən keçirilən Estoniya, İsveçrə, Slovakiya, Kipr və Gürcüstanın məhkəmə sistemlərinin yoxlamasında iştirak etmiş, Litva və Moldovanın məhkəmə sisteminin monitorinq qruplarına rəhbərlik etmişdir
2017 - h/h
AMEA-nın Hüquq və İnsan Haqları institutunun baş elmi işçisi, şöbə müdiri vəzifəsini icra edən
2018
Ədliyyə Akademiyasının prorektoru vəzifəsini icra edən
2018 - h/h
Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) İdarə Heyətinin və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyətinin üzvü
2019 - h/h
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) Prezidenti vəzifəsinə 47 üzv dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə seçilmişdir

(SEPEJ/CEPEJ Avropa Şurasının Avropa məkanında məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları və vəkillik üzrə monitorinq və məşvərətçi funksiyalarıını yerinə yetirən ixtisaslaşmış qurumudur)
2018 - 2020
Dünya Bankının “Doing Business” hesabatı üzrə Azərbaycan Respublikasının məruzəçisi (“Elektron məhkəmə” sisteminin müasir imkanlarına görə “Doing Business-2020” Hesabatının müqavilələrin icrası indikatoru üzrə Azərbaycan 190 dövlət sırasında 40-cı yerdən 28-ci yerə yüksəlmişdir)