https://courts.gov.az/az/yasamal
2021-01-18 08:28:25
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin yeni binası
Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin mütərəqqi beynəlxalq standartlara cavab verən yeni inzibati binasının inşası 2012-ci ildə başa çatdırılmışdır.
Rayon və məhkəmə haqqında qısa məlumat
Yasamal Rayon Məhkəməsinin əvvəlki adı - Oktyabr Rayon Xalq Məhkəməsi.
Yasamal rayonu 1932-ci ildə yaradılıb, ərazisi – 16.22 min kv.m, əhalisi 250.395 nəfər, qaçqınların sayı-1236 nəfər, məcburi köçkünlərin sayı – 20.644 nəfər.