Daxil ol

Daxil ol

Yardımlı Rayon Məhkəməsi

Məhkəmə haqqında

https://courts.gov.az/az/yardymli

2017-11-20 21:52:41

Məhkəmə haqqında

Yardımlı Rayon Məhkəməsinin binası


 

Rayon haqqında qısa məlumat

Yardımlı Vərgədüz dairəsi kimi 1921-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının tərkibində olmaqla Azərbaycan SSR-in inzibati-iqtisadi ərazisi olmuşdur. 1930-cu ildən 1938-ci ilədək Vərgədüz rayonu kimi qeydə alınmışdır. 1938-ci ildən Yardımlı rayonu kimi Azərbaycan SSR-in inzibati ərazisi olmaqla 1991-ci ilədək bu tərkibdə qalmışdır. Yardımlı inzibati ərazi kimi 1918-1920-ci illərdə AXC-nin tərkibində olmuşdur. 18 oktyabr 1991-ci il Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildiyi tarixdən sonra Yardımlı müstəqil Azərbaycan Respublikasının inzibati ərazi rayonudur. 08 avqust 1930-cu ildə təşkil edilmiş və 1938-ci ilədək Vərgədüz adlandırılmışdır. Yardımlı Rayon Məhkəməsi 1930-cu ildən 1938-ci ilə kimi Vərgədüz Rayon Məhkəməsi kimi fəaliyyət göstərmiş və daha sonra adı dəyişdirilərək Yardımlı Rayon Xalq Məhkəməsi kimi (indiki Yardımlı Rayon Məhkəməsi) fəaliyyətini davam etdirmişdir. İndiki Yardımlı rayonu, B.Budaqovun fikrincə, VIII əsrin sonlarından UralVolqa çayları arasında yaşamış peçeneqlərin qədim mənbələrdə erdim/erdem kimi qeyd olunmuş tayfasının adından və mənsubiyyət bildirən “li” şəkilçisindən ibarətdir. XII-XIII əsrlərdə Şimali Qafqazdan qıpçaqların Azərbaycana gəlişində peçeneqlər də iştirak etmişlər. Tədqiqatçıların ehtimalına görə, erdem tayfası da peçeneqlərlə Azərbaycana bu vaxt gəlmişdir. Yardımlı rəmzi sufilikdə YarAdəm kimi izah olunur ki, bu rəmzlər qədim Misir yazılarında ən qüdrətli rəmzlər hesab olunur. Yar rəmzi qədim Misir yazılarında Yaru (Yalu) çölləri kimi qeyd olunur və bu, ilkin materiya mənasında, göydə yaradılmış ruhlar dünyası ilə bağlı rəmzdir. Yardımlı rayonu Azərbaycanın cənub-sərq hissəsində, dağlıq ərazidə yerləşir. Rayon qərbdən İran İslam Respublikası ilə, cənubdan Lerik, şərqdən Masallı, şimaldan Cəlilabad rayonları ilə həmsərhəddir. Viləş çayı Yardımlı rayonunu mərkəzdən iki hissəyə bölür. Rayonun ərazisi 667 km², əhalisinin sayı 59 min 643 nəfərdir (21 iyun 2011).