https://courts.gov.az/az/tartarmilitary
2021-04-12 13:16:09
Tərtər Hərbi Məhkəməsinin binası
Məhkəmə haqqında qısa məlumat
Azərbaycan Respublikası Milli Məclisinin 02 fevral 1993-cü il tarixli, 496 saylı Qərarı ilə birinci instansiya məhkəməsi kimi Tərtər Qarnizonu Hərbi Tribunalı təsis edilmişdir.
Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə Tərtər Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:
1. Ağcabədi rayonu
2. Ağdam rayonu
3. Ağdaş rayonu
4. Ağsu rayonu
5. Balakən rayonu
6. Bərdə rayonu
7. Goranboy rayonu
8. Göyçay rayonu
9. İsmayıllı rayonu
10. Kürdəmir rayonu
11. Qax rayonu
12. Qəbələ rayonu
13. Oğuz rayonu
14. Şəki rayonu
15. Tərtər rayonu
16. Ucar rayonu
17. Yevlax rayonu
18. Zaqatala rayonu
19. Zərdab rayonu.