Daxil ol

Daxil ol

Sumqayıt Apellyasiya Məhkəməsi

Aparat

https://courts.gov.az/az/sumgayitappeal/page/Aparat_113

2017-10-22 10:36:29

Aparat

Sumqayıt Apelyasiya Məhkəməsinin Aparatı

  
  Məhkəmənin fəaliyyətinin hüquqi, təşkilati-metodiki, analitik-informasiya, sənədlərlə iş, maddi-texniki, maliyyə-təsərrüfat və digər fəaliyyətinin təminatının həyata keçirilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinin Aparatı yaradılır.

    Aparat öz səlahiyyətlərinə görə ikinci kateqoriya dövlət orqanı olmaqla işçiləri inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçularından ibarətdir.

      Aparatın fəaliyyətinə birbaşa rəhbərliyi Aparatın rəhbəri həyata keçirir.
   Sumqayıt Apelyasiya Məhkəməsinin aparat rəhbəri Məmmədli Yaqub Həbib oğludur.
     Aparat rəhbəri tərəfindən şəxslərin qəbulu həftənin çərşənbə axşamı günü saat 15:00-dan 18:00-dək və həftənin cümə günü saat 09:00-dan 13:00-dək həyata keçirilir.

 

      Tel.: (018) 642-44-11, (012) 437-57-14