Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ədliyyə Nazirinin 10.06.2020-ci il tarixli 16-T saylı Əmri ilə təsdiq edilmiş “Vətəndaşların videoqəbulunun təşkili Qaydaları”na uyğun olaraq Sumqayıt Apelyasiya Məhkəməsində vətəndaşların videoqəbulu keçirilir.

Yuxarıda qeyd olunan qanunvericilik aktlarına uyğun olaraq vətəndaş Musayev Rasim Minac oğlunun müraciətinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi onunla videoqəbul keçirtmişdir.

Vətəndaşın məmnunluğuna nail olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Musayev Rasim Minac oğlu Sumqayıt Apelyasiya Məhkəməsinə dəvət olunmadan, onun Quba rayonunda yaşaması nəzərə alınaraq o, Quba Rayon Məhkəməsinin inzibati binasına dəvət edilmişdir. Videobağlantı ilə onun müraciəti dinlənilmiş və ona müvafiq izah verilmişdir.

 

Vətəndaşlar videoqəbulda iştirakla bağlı qeydiyyata alınmaq üçün contact@sumqayitappealcourt.gov.az e-poçtuna müraciət edə, habelə 018-655-04-23 nömrəsi ilə əlaqə saxlaya bilərlər.