Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ədliyyə Nazirinin 10.06.2020-ci il tarixli 16-T saylı Əmri ilə təsdiq edilmiş “Vətəndaşların videoqəbulunun təşkili Qaydaları”na uyğun olaraq Sumqayıt Apelyasiya Məhkəməsində vətəndaşların videoqəbulu keçirilir.

Yuxarıda qeyd olunan qanunvericilik aktlarına uyğun olaraq vətəndaş Xıdırova Şerixan Kərim qızının müraciətinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi onunla videoqəbul keçirtmişdir.

Videoqəblda Ş.K.Xıdırovanın müraciəti dinlənilmiş, ona müvafiq izah verilmişdir.

 

Videoqəbulda iştirakla bağlı qeydiyyata alınmaq üçün contact@sumqayitappealcourt.gov.az e-poçtuna müraciət etməyiniz, habelə 018-655-04-23 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.