Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ədliyyə Nazirinin 10.06.2020-ci il tarixli 16-T saylı Əmri ilə təsdiq edilmiş “Vətəndaşların videoqəbulunun təşkili Qaydaları”na uyğun olaraq Sumqayıt Apelyasiya Məhkəməsində vətəndaşların videoqəbulu keçirilir.

Videoqəbul Sumqayıt Apelyasiya Məhkəməsinin sədri, sədirin müavini və aparatın rəhbəri tərəfindən qəbul cədvəlində müəyyən edilmiş günlərdə və saatlarda həyata keçirilir.

Videoqəbulda iştirakla bağlı qeydiyyata alınmış vətəndaş Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasına gələrək (şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə), xüsusi texniki avadanlıqla təhciz edilmiş məhkəmənin qəbul otağında, konfidensial şəraitdə videoqəbulda iştirak edir.

Vətəndaşlar videoqəbulda iştirakla bağlı qeydiyyata alınmaq üçün contact@sumqayitappealcourt.gov.az e-poçtuna müraciət edə, habelə 018-655-04-23 nömrəsi ilə əlaqə saxlaya bilərlər.