VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ

 

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.07.2020-ci il tarixli Məlumatına əsasən Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq 20.07.2020-ci il saat 06:00-dək Sumqayıt  Apelyasiya  Məhkəməsində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (cinayət işləri, qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatda olan digər işlərə baxılması 20 iyul 2020-ci il tarixədək təxirə salınır.

20.07.2020-ci il tarixədək təyin olunmuş mülki, inzibati və kommersiya mübahisələrinə dair işlər üzrə tərəflərə məhkəmə iclasının tarixi və yeri barədə məhkəmə bildirişi göndəriləcək.

 

Vətəndaşlardan Sumqayıt Apelyasiya Məhkəməsinə müraciətləri poçt və ya contact@sumqayitappealcourt.gov.az  e-poçtu vasitəsilə göndərmələri, habelə https://courts.gov.az/az/sumgayitappeal saytından onlayn müraciət etmələri və ya 018-654-08-40, 012-437-56-02, faks: 018-654-08-40 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.