29 sentyabr 2017-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında hakimlərin iştirakı ilə seminar-məşğələ keçirilmişdir.

İclasda konkret işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya şikayətləri və protestləri əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi səbəbləri müzakirəyə çıxarılmışdır.

İclasda həmçinin, hakim Azər Hüseynovun məruzəsi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”  08.06.2017-ci il tarixli qərarı müzakirəyə çıxarılmışdır.

Qeyd olunan qərarlar hakimlərin fəal iştirakı ilə müzakirə edilmiş, həmin qərarlar ətrafında fikir mübadiləsi aparılmışdır.