27 iyul 2017-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında Rəyasət Heyətinin iclası keçirilmişdir. Rəyasət Heyətinin iclasında Rəyasət Heyətinin üzvləri və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri iştirak etmişlər.

İclası giriş sözü ilə Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi açmış və gündəlikdə olan məsələlər barədə məlumat vermişdir.

Sədrlik edən ilk öncə gündəliyə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinə təyin olunmuş hakimləri təqdim etmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin iki hakiminin Bakı Apelyasiya Məhkəməsinə təyin olunduğunu bildirmiş və onlara gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Daha sonra Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət, Hərbi və İnzibati-İqtisadi kollegiyalarında dəyişiklik edilməsi məsələsi müzakirə edilmişdir.

Gündəlikdə olan bütün məsələlər Rəyasət Heyətinin üzvlərinin açıq səsvermə yolu ilə qəbul edilmişdir.