İclasda mülki, cinayət, inzibati və iqtisadi işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya şikayətləri və ya protestləri əsasında baxılan Sumqayıt Apelyasiya Məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi səbəbləri müzakirəyə çıxarılmışdır.

Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.02.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24.07.2019-cu il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 07.06.2019-cu il tarixli qərarlarının öyrənilməsi təmin edilmişdir.

Qeyd olunan qərarlar hakimlərin fəal iştirakı ilə müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır.