22 sentyabr 2017-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında hakimlərin iştirakı ilə seminar-məşğələ keçirilmişdir.

İclasda konkret işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya şikayətləri və protestləri əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi səbəbləri müzakirəyə çıxarılmışdır.

İclasda həmçinin, hakim Səyyad Qafarinin məruzəsi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Quliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07.09.2017-ci il tarixli və hakim Telman Quliyevin məruzəsi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.06.2017-ci il tarixli qərarları müzakirəyə çıxarılmışdır.

Qeyd olunan qərarlar hakimlərin fəal iştirakı ilə müzakirə edilmiş, həmin qərarlar ətrafında fikir mübadiləsi aparılmışdır.