18 may 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında hakimlərin iştirakı ilə iclas keçirilmişdir.

İclasda çıxış edən məhkəmənin sədri Səadət Bəktaşi bildirdi ki, sön dövürlərdə dünyada geniş yayılan edən COVİD-19 infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində çevik addımların atılmış, sosial və iqtisadi fəaliyyət sahələrini əhatə edən dövlət proqramları uğurla icra edilmişdir.

Daha sonra məhkəmənin sədri son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçirdiyi görüş və qəbullarda bütün rəhbər orqan və vəzifəli şəxslərə ünvanlanan tələb və tövsiyələri, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı ölkə başçısının qətiyyətli mövqeyini iclas iştirakçılarının diqqətinə çatdırdı.

Məhkəmənin sədri hakimlərə işlərə baxılarkən müəyyən edilmiş pozuntuların və nöqsanların aradan qaldırılmasını, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsini tövsiyə etmiş və onlara gələcək fəaliyyətlərində, ədalət mühakiməsinin həyata keçirilməsində uğurlar arzulamışdır.

Həmin gün Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında məhkəmənin sədri Səadət Bəktaşi tərəfindən məhkəmə aparatı işçilərinin iştirakı ilə də iclas keçirilmişdir.

İclasda çıxış edən S.Bəktaşi bildirdi ki, sön dövürlərdə dünyada geniş yayılan COVİD-19 infeksiyasının qarşısının alınması ilə bağlı Azərbaycan dövləti tərəfindən qəti tədbirlər həyata keçirilmişdir. Karantin dövründə Sumqayıt Apelyasiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahin tapşırıq və tövsiyələrinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq Qərarlarına uyğun olaraq növbətçilik qaydasında həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində koronavirusun (COVİD-19) ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə çevik addımların atılmış, son iki ay ərzində Azərbaycan hökümətinin qəbul etdiyi sosialyönümlü tədbirlər, o cümlədən aztəminatlı ailələrə edilən yardımlar, pandemiya ilə əlaqədar sahibkarlara dəyən ziyana görə dövlətin dəstək layihələri, ölkəmizdə pandemiya ilə mübarizə sahəsində tədbirlərin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə hüquq sahəsində bir sıra mühüm qərarlar qəbul olunmuşdur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm sosial və digər layihələrin əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynadığını qeyd etmişdir.

Daha sonra məhkəmənin sədri son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçirdiyi görüş və qəbullarda bütün rəhbər orqan və vəzifəli şəxslərə ünvanlanan tələb və tövsiyələri, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı ölkə başçısının qətiyyətli mövqeyi, son dövürlərdə  korrupsiya və rüşvətxorluğa qarşı hüququ mühafizə orqanlarının apardığı əməliyyatları aparat işçilərinin diqqətinə çatdırdı. Məhkəmənin sədri üzərlərinə düşən vəzifələri layiqincə icra etməyən, qeyri-prosessual münasibətlərə yol verən, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməyən məhkəmə aparatı işçilərinin ən sərt şəkildə cəzalandırılacağını bildirdi.

Məhkəmənin sədri aparatın rəhbərinə əmək və icra intizamına nəzarətin artırılmasına dair tapşırıqlar verdi.