08 avqust 2019-cu il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında Sumqayıt Apelyasiya Məhkəməsinin hakimlərinin iştirakı ilə keçirilmiş Rəyasət Heyətinin iclasını Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi açmış və gündəlikdə olan məsələlər barədə məlumat vermişdir.

İclasın gündəliyinə Sumqayıt Apelyasiya Məhkəməsinin kollegiyalarıda 2019-cu ilin birinci yarısında baxılmış işlərə, həmçinin 2019-cu ilin birinci yarısında Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış işlər barədə hesabatların verilməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan məhkəmələrdə 2018-ci ildə baxılan yetkinlik yaşına çatmayan şəxslərə cəza təyini təcrübəsinin ümumiləşdirilməsinin müzakirəsi daxil edilmişdir.

Cinayət kollegiyasının sədri Vidadi Cəfərovun 2019-cu ilin birinci yarısında cinayət, inzibati xətalar və digər materiallara dair işlər barədə, hərbi kollegiyanın sədri Fərmayıl Zeynallının 2019-cu ilin birinci yarısında baxılmış hərbi cinayət işləri barədə, inzibati-iqtisadi kollegiyanın sədri Nazim Nəsibovun 2019-cu ilin birinci yarısında baxılmış inzibati-iqtisadi işlər barədə, mülki kollegiyanın sədri Aqil Abbasovun 2019-cu ilin birinci yarısında baxılmış mülki işlər barədə, həmçinin sədrin müavini Nazim Mövsümovun Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olan işlərə 2019-cu ilin birinci yarısında Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılması vəziyyətinə dair hesabatları dinlənilmişdir. Hesabatlar ərtafında müzakirələr aparılmışdır.

Daha sonra, sədrin müavini Nazim Mövsümov Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan məhkəmələrdə 2018-ci ildə baxılan yetkinlik yaşına çatmayan şəxslərə cəza təyini təcrübəsinin ümumiləşdirilməsi barədə məlumat vermiş, ümumləşdirmə hakimlərin iştirakı ilə müzakirə edilmişdir. Ümumləşdirmə barədəməhkəmənin yurisdiksiyasında olan birinci instansiya məhkəmələrinə icmal məktubun göndərilməsi qərara alınmışdır.

Gündəlikdə olan məsələlər Rəyasət Heyətinin üzvlərinin açıq səsvermə yolu ilə qəbul edilmişdir.

Rəyasət Heyətinin iclasını Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi yekunlaşdıraraq, hakimlərə işlərə baxılarkən müəyyən edilmiş pozuntuların və nöqsanların aradan qaldırılması, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsini tövsiyə etmiş və onlara gələcək fəaliyyətlərində, ədalət mühakiməsinin həyata keçirilməsində uğurlar arzulamış