06 oktyabr 2017-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında hakimlərin iştirakı ilə seminar-məşğələ keçirilmişdir.

İclasda konkret işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya şikayətləri və protestləri əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi səbəbləri müzakirəyə çıxarılmışdır.

Qeyd olunan qərarlar hakimlərin fəal iştirakı ilə müzakirə edilmiş, həmin qərarlar ətrafında fikir mübadiləsi aparılmışdır.