03 avqust 2017-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında Rəyasət Heyətinin iclası keçirilmişdir. Rəyasət Heyətinin iclasında Rəyasət Heyətinin üzvləri və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri iştirak etmişlər.

İclası giriş sözü ilə Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi açmış və gündəlikdə olan məsələlər barədə məlumat vermişdir.

İclasda 2017-ci ilin birinci yarısında Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış işlərlə bağlı kollegiya sədri vəzifəsini icra edən hakim Nazim Mövsümovun, Hərbi Kollegiyada baxılmış işlərlə bağlı kollegiya sədri vəzifəsini icra edən hakim Vidadi Cəfərovun, Mülki Kollegiyada baxılmış işlərlə bağlı kollegiya sədri vəzifəsini icra edən hakim Azər Hüseynovun və  İnzibati-İqtisadi Kollegiyada baxılmış işlərlə bağlı kollegiya sədri vəzifəsini icra edən hakim Nazim Nəsibovun məruzələri dinlənilmişdir.

Gündəlikdə olan bütün məsələlər Rəyasət Heyətinin üzvlərinin açıq səsvermə yolu ilə qəbul edilmişdir.