02 iyun 2017-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında hakimlərin iştirakı ilə seminar-məşğələ keçirilmişdir.

İclasda konkret işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya şikayətləri və protestləri əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi səbəbləri müzakirəyə çıxarılmışdır.

İclasda həmçinin, hakim Vidadi Cəfərovun məruzəsi ilə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Vlasov və Benyaş Rusiya Federasiyasına qarşı” işi üzrə 30 yanvar 2017-ci il tarixli qərarı müzakirəyə çıxarılmışdır.

Qeyd olunan qərarlar hakimlərin fəal iştirakı ilə müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır.

Sonda qərara alınmışdır ki, müzakirəyə çıxarılmış İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Vlasov və Benyaş Rusiya Federasiyasına qarşı” işi üzrə 30 yanvar 2017-ci il tarixli qərarı Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan müvafiq birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən öyrənilməsi üçün həmin məhkəmələrə də göndərilsin.