Daxil ol

Daxil ol

Sumqayıt Apelyasiya Məhkəməsi

Sumqayıt Apelyasiya Məhkəməsi

https://courts.gov.az/az/sumgayitappeal

2020-07-16 14:22:52

Sumqayıt Apelyasiya Məhkəməsi

Sumqayıt Apelyasiya Məhkəməsinin yeni binası
 


 


Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Sumqayıt Məhkəmə Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Sumqayıt Şəhər və Sumqayıt İnzibati-İqtisadi məhkəmələri ilə birgə Sumqayıt Apelyasiya Məhkəməsi də yerləşəcəkdir.
 

Sumqayıt Apelyasiya Məhkəməsi

 


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə aparılmış məhkəmə hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi-birinci instansiya, apelyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradılmış və bu sistem Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanla yeni mərhələyə qədəm qoymuşdur.

16 iyul 2007-ci il tarixindən fəaliyyətə başlamış Sumqayıt Apelyasiya Məhkəməsi mülki, inzibati və iqtisadi mubahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.

Sumqayıtı Apelyasiya Məhkəməsi Rəyasət Heyətindən, Mülki Kollegiyadan, İnzibati Kollegiyadan, Kommersiya Kollegiyadan və Cinayət Kollegiyasından ibarətdir.

Sumqayıt Apelyasiya Məhkəməsinin kollegiyaları apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır.


Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri aşağıdakılardır:
 
- Abşeron Rayon Məhkəməsi;

- Quba Rayon Məhkəməsi;

- Qubadlı Rayon Məhkəməsi;

- Qusar Rayon Məhkəməsi;

- Qobustan Rayon Məhkəməsi;

- Şabran Rayon Məhkəməsi;

- Xaçmaz Rayon Məhkəməsi;

- Xızı Rayon Məhkəməsi;

- Siyəzən Rayon Məhkəməsi;

- Sumqayıt Şəhər Məhkəməsi;

- Şamaxı Rayon Məhkəməsi;

- Şuşa Rayon Məhkəməsi;

- Zəngilan Rayon Məhkəməsi;

- Bakı Ağır Cinayətlər Məhkəməsi (Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);

 

- Bakı Hərbi Məhkəməsi (Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);

 

- Sumqayıt Kommersiya Məhkəməsi;

- Sumqayıt İnzibati Məhkəməsi.