Daxil ol

Daxil ol

Şirvan İnzibati-İqtisadi Məhkəməsi

Məhkəmə haqqında

https://courts.gov.az/az/shirvaneconomic

2018-12-10 08:34:39

Məhkəmə haqqında

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yeni binası



Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Şirvan Məhkəmə Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Şirvan Apellyasiya və Şirvan Şəhər məhkəmələri ilə birgə Şirvan İnzibati-İqtisadi Məhkəməsi də yerləşəcəkdir.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin köhnə binası


 

Məhkəmə haqqında qısa məlumat

Ölkə başçısının 2010-cu il 15 iyul tarixli Fərmanı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsi (keçmiş Şirvan Yerli İqtisad Məhkəməsi) yaradılmışdır.

Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağcabədi rayonu

2. Astara rayonu

3. Beyləqan rayonu

4. Biləsuvar rayonu

5. Cəbrayıl rayonu

6. Cəlilabad rayonu

7. Füzuli rayonu

8. Hacıqabul rayonu

9. Xocavənd rayonu

10. İmişli rayonu

11. Kürdəmir rayonu

12. Laçın rayonu

13. Lerik rayonu

14. Lənkəran rayonu

15. Masallı rayonu

16. Neftçala rayonu

17. Saatlı rayonu

18. Sabirabad rayonu

19. Salyan rayonu

20. Şirvan şəhəri

21. Yardımlı rayonu