Daxil ol

Daxil ol

Şirvan Apellyasiya Məhkəməsi

Vətəndaşların qəbulu

https://courts.gov.az/az/shirvanappeal/page/Vtndaslarin-qbulu_1738

2019-11-12 05:21:47

Vətəndaşların qəbulu

Şəxslərin qəbul edilməsi qaydası

1. Şirvan Apelyasiya Məhkəməsində şəxslərin qəbulu məhkəmənin sədri, sədrin müavini, kollegiya sədrləri, aparatın rəhbəri və aparatın digər məsul işçiləri tərəfindən həyata keçirilir.

2. Şirvan Apelyasiya Məhkəməsinin sədri şəxsləri həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 11:00-dan 13:00-dək və 15:00-dan 17:00-dək qəbul edir.

3.Şirvan Apelyasiya Məhkəməsi sədrinin müavini şəxsləri həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 10:00-dan 13:00-dək qəbul edir.

4. Şirvan Apelyasiya Məhkəməsi Aparatının rəhbəri şəxsləri həftənin I-V günləri saat 10:00-dan 18:00-dək qəbul edir.

5. Şirvan Apelyasiya Məhkəməsi aparatının məsul işçiləri şəxsləri həftənin I-V günləri saat 09:00-dan 18:00-dək qəbul edir.

6. Şəxslər bir qayda olaraq qəbul günü saat 09-00-dan 13-00-dək ərizə ilə məhkəmənin qəbul otağına müraciət edir, ərizələr araşdırılıb yoxlanıldıqdan sonra sədrin qəbuluna yazılırlar. Qəbula yazılmaq üçün aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:

6.1. şəxsiyyəti təsdiq edən sənəd;
6.2. şikayət ərizəsi;
6.3. məhkəmə aktlarının surəti.

7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.

8. Hakimlərin və ya məhkəmə aparatı işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərlə əlaqədar məhkəmənin contact@shirvanappealcourt.gov.az elektron poçt ünvanına və ya (021) 215-38-38 nömrəli telefonla müraciət edə bilərsiniz.


Qeyd: Milli qəhrəmanlar və onların ailə üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri, Böyük Vətən Müharibəsi veteranları və I qrup əlillər hər gün qəbul edilirlər.