Daxil ol

Daxil ol

Şirvan Apellyasiya Məhkəməsi

İşə qəbul

https://courts.gov.az/az/shirvanappeal/page/Is-qbul_2044

2017-10-22 10:41:04

İşə qəbul

Kadr təminatı

 

Azərbaycan Respublikası Konstitusiyasının  132-ci  maddəsinnin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının apellyasiya məhkəmələri-əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və ya qanunları ilə müəyyən edilən 2-ci kateqoriya dövlət orqanıdır. Şirvan Apellyasiya Məhkəməsinin Aparatında inzibati vəzifələr "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna" uyğun olaraq  üçüncü və beşinci təsnifatları əhatə edir. 

Şirvan Apellyasiya Məhkəməsinin Aparatında beşinci təsnifat üzrə inzibati vəzifələrə dövlət qulluğuna qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları»na uyğun olaraq, müsabiqə və müsahibə yolu ilə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vasitəsilə, müddətli əmək müqaviləsinə əsasən inzibati vəzifələrə işə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normalarına uyğun olaraq,
yardımçı vəzifələrə işə qəbul isə dövlət qulluğu haqqında qanunvericiliyin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.