09 yanvar 2017-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin kitabxanasının əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi məqsədi ilə kitabxananın açılış mərasimi həyata keçirilmiş, kitabxana Şirvan Apellyasiya Məhkəməsininin hakimlərinin və Aparatın işçilərinin istifadəsinə verilmişdir.

        Tədbiri giriş sözü ilə açan Şirvan Apellyasiya Məhkəməsininin sədri Rəşadət Ağayev yeni nəslin milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməsinə xidmət edən bədii ədəbiyyat nümumələri, həmçinin ixtisasa uyğun elmi-doktrinal ədəbiyyat nümumələri ilə tanış olmaq və onlardan sistemli istifadə etməklə, kitabxananın cəmiyyətin intellektual və mənəvi potensialının, həmçinin Azərbaycan dövlətçiliyinin inkişafına xidmət göstərən misilsiz rolundan bəhs etmişdir.

        Şirvan Apellyasiya Məhkəməsininin kitabxanası yalnız məhkəmənin hakim kollektivi və Aparatın işçilərinin istifadəsi üçün nəzərdə tutulmaqla, öz fəaliyyətini “Kitabxana işi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirir.

        Əsaslı təmirdən sonra yenidən istifadəyə verilən Şirvan Apellyasiya Məhkəməsininin kitabxanası müasir standartlara cavab verən ləvazimatlarla təchiz edilmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, kitabxananı təşkil edən informasiya daşıyıcılarının elektron qeydiyyatının aparılması təmin edilmiş, həmçinin məhkəmənin hakim kolletivi və Aparatın işçilərinin  kitabxanadan istifadə rejiminin səmərəliləşdirilməsi məqsədi ilə elektron qeydiyyat vərəqələri tərtib edilmişdir.

        Kitabxanada Ulu Öndər Heydər Əliyevin xalqa bəxş edilmiş ömür yolundan, Azərbaycan Respublikasının təşəkkülü və tərəqqisində əvəzedilməz xidmətlərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin uğurlu daxili və xarici siyasətində aparıcı rolundan bəhs edilən kitablar, Azərbaycan Respublikasının qanunvericilik aktları, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarları, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarları,  Ali Məhkəmənin Bülletenləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Bülletenləri, Şirvan Apellyasiya Məhkəməsininin Aparatının Əsasnaməsi, məhkəmə fəaliyyətini tənzimləyən əsas normativ hüquqi aktların topluları, Ədliyyə Nazirliyi üzrə əsas təşkilati əmrlər, Kollegiya Qərarları topluları, hüquq ədəbiyyatları, beynəlxalq hüquqi aktların topluları, Azərbaycan Respublikasının və xarici ölkələrin qanunvericilik sisteminin mənimsənilməsinə xidmət edən dövlət orqanlarının rəsmi və qeyri-dövlət qurumlarının elmi-doktrinal jurnalları, qanunlar külliyyatı, icmallardan və digər informasiya daşıyıcılarından ibarətdir. Sadalanan ədəbiyyatlardan əlavə, kitabxana həmçinin Şirvan Apellyasiya Məhkəməsininin əməkdaşlarının intellektual və mənəvi potensialının inkişafına xidmət məqsədi ilə müxtəlif ölkələrin ədəbi nümunələrindən ibarət bədii ədəbiyyatlarla da təchiz edilmişdir.

        Şirvan Apellyasiya Məhkəməsininin kollektivinin hər bir üzvü kitabxanadan “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə etmək imkanlarına malikdir.