E L A N

05 iyun 2003-cü ildə Avropa Şurasının və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il 25 oktyabr günü Avropada mülki ədalət mühakiməsi günü kimi qeyd edilməsi qərara alınmışdır.

Bu səbəbdən də 25 oktyabr 2019-cu il tarixdə Şirvan Apelyasiya Məhkəməsində “Açıq qapı” günü elan edilir.

“Açıq qapı” gününün keçirilməsi, məhkəmə işçiləri tərəfindən vətəndaşların məhkəmə fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemlər üzrə izah tədbirlərinin keçirilməsi, onlara hüquqi məsləhətlərin verilməsi məqsədini daşıyır.

Qeyd:   Vətəndaşların qəbulu məhkəmə aparatının  

             məsləhətçiləri tərəfindən aparılacaqdır.