“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Şirvan Apelyasiya Məhkəməsində inzibati vəzifələrin 5-ci təsnifat üzrə baş məsləhətçi  (1 yer), məsləhətçi (3 yer), məhkəmə iclasının katibi (4 yer), hakimin köməkçisi (7 yer) vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə əlaqədar müsabiqə üzrə müsahibə elan edir.

Vəzifələr haqqında ətraflı məlumat, müsahibə proqramları və dövlət qulluğu üzrə müraciət Forması Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilmişdir.(  www.csc.gov.azwww.dqmk.gov.az )

Elan tarixi – 02.08.2019

Sənəd qəbulu – 02 sentyabr 2019-cu il tarixinədək davam edəcəkdir