Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Tahir Kazımovun, Mülki Kollegiyanın hakimi Gündüz Quliyevin, İnzibati Kollegiyanın hakimi Kəmaləddin Bədəlovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin xidməti araşdırmalar şöbəsinin rəisi Anar Cəfərovun, Şirvan Apelyasiya Məhkəməsinin və ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə keçirilən Rəyasət Heyətinin iclasını giriş sözü ilə açan Şirvan Apelyasiya Məhkəməsinin sədri Rəşadət  Ağayev məhkəmənin 2019-cu ilə dair ümumi fəaliyyəti barədə çıxış edərək  bildirmişdir ki, hesabat dövründə Şirvan Apelyasiya Məhkəməsinin ştat cədvəli 1 sədr,  1 sədr müavini, 4 kollegiya sədri, 11 hakim, 53 aparat işçisi (42 inzibati və 11 yardımçı təsnifat üzrə) və 1-i ixtisas dərəcəsi olmayan fəhlə, 2-i xadimə olmaqla, cəmi 73 ştat vahidindən ibarət olmuşdur. Qeyd olunan 73 ştat vahidindən Şirvаn Apelyasiya Məhkəməsi hesabat dövründə 1 məhkəmə sədri, 1 məhkəmə sədrinin müavini, 4 kollegiya sədri və 11 hakim olmaqla, cəmi 17 hakimdən ibarət tərkibdə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında 19 iyul 2019-cu il Sərəncamına əsasən 1 yanvar 2020-ci il tarixindən İnzibati məhkəmələr və Kommersiya məhkəmələri təşkil edilərək respublikada fəaliyyət göstərən inzibati-iqtisadi məhkəmələri ləğv edilmişdir. Həmçinin həmin Sərəncama əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü və 62-ci maddələrinin birinci hissələrində “inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan” sözləri “kommersiya kollegiyasından, inzibati kollegiyadan və cinayət kollegiyasından” sözləri ilə əvəz edilərək həmin Qanunun XI fəslinin (Apelyasiya məhkəmələri) 62-ci maddəsinin birinci hissəsində Apelyasiya məhkəməsinin Rəyasət Heyətindən, mülki kollegiyadan, kommersiya kollegiyasından, inzibati kollegiyadan və cinayət kollegiyasından ibarət olması təsbit olunmuş və həmin Qanunun 62-ci maddəsinə əsasən hesabat ilində Şirvan Apelyasiya Məhkəməsi Rəyasət Heyətindən, mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarət olmaqla dörd tərkibdə fəaliyyət göstərmişdir.

Sədr 2018-ci ildə məhkəmənin yerləşdiyi “Anar” ASC-yə məxsus inzibati binanın istifadə olunmayan 250 kv. metr hissəsində 12 otaqdan, 1 dəhlizdən və sanitar qovşağından ibarət yeni iş sahələrinin inşasının 2019-cu ildə yekunlaşdırıldığını, zəruri avadanlıqlarla və kommunikasiya ilə təchiz olunduğunu, eləcə də yeni iş sahələrinin inşasının davamı olaraq  2019-cu ildə              4 otaqdan, 1 dəhlizdən və konfrans zalından ibarət yeni iş sahələrinin inşasına başlanıldığınıvə hal-hazırda davam etdirildiyini  diqqətə çatdırmışdır. 2019-cu il ərzində Şirvаn Apelyasiya Məhkəməsinə ümumilikdə 6662 iş olmaqla, onlardan mülki kоllеgiyаyа 4168 iş, inzibаti-iqtisаdi kоllеgiyаyа 1088 iş (978 – inzibati, 110 – iqtisad), cinаyət kоllеgiyаsınа 1358 iş, hərbi kоllеgiyаyа 48 iş daxil olması, məhkəmədə 2019-cu ildə daxil olmuş işlərin sаyının 2018-ci illə müqаyisədə 263 iş və ya 3,9 faiz аrtması, hesabat dövründə hakimlərdən Zəki Babayevin 522 işə, Ələsgər Novruzovun 160 işə, İsmayıl Əhmədovun 219 işə, Etibar Camalovun 245 işə, Kamil Bəşirovun 164 işə, Rafiq Cəfərovun 184 işə, Elşad Əliyevin 275 işə, Fuad Soltanovun 261 işə,  Tofiq Heydərovun 565 işə, Nüsrət Mirzəyevin 676 işə,  Zeynal Zeynalovun 469 işə,  Qəzənfər Kərimovun 648 işə, İlham Əsədovun 474 işə, Fehruz Abbasovun 573 işə, Müşfiq Həsənovun 442 işə, Tale Kərimovun 546 işə baxması, mülki kоllеgiyаdа  mаhiyyəti üzrə bахılmış 3402 mülki işdən 1973 (58%) qətnаmənin dəyişdirilmədən sахlаnılması, 748 (22%) qətnаmənin ləğv еdilməsi, 237 (7%) qətnаmənin dəyişdirilməsi, 319 (9,4%) qərardadın dəyişdirilmədən saxlanılması, 125 (3,7%) qərardadın  ləğv edilməsi, 2019-cu ildə 2018-ci illə müqаyisədə birinci instаnsiyа məhkəmələrinin qəbul еtdiyi qətnаmələrin ləğvinin (141 iş yəni 18,9%) artması və dəyişdirilməsinin (65 iş yəni 21,5%) azalması, inzibаti icraat üzrə bахılmış 765 işdən 525 (68,6%) məhkəmə qərarının dəyişdirilmədən sахlаnılması, 124 (16,2%) məhkəmə qərarının ləğv еdilməsi, 18 (2,4%) məhkəmə qərarının dəyişdirilməsi, 90 (11,8%) qərardadın dəyişdirilmədən saxlanılması, 8 (1%) qərardadın ləğv edilməsi, iqtisadi mübahisələrə dair baxılmış 70 işdən 39 (55,7%) qətnamənin dəyişdirilmədən saxlanılması, 14   (20 faiz) qətnamənin ləğv edilməsi, 3 (4,3%) qərarın dəyişdirilməsi, 10 (14,3%) qərardadın dəyişdirilmədən saxlanılması, 4 (5,7%) qərardadın ləğv edilməsi, cinаyət kоllеgiyаsındа bахılmış (hökmlərdən və qərarlardan vеrilmiş apelyasiya şikаyəti və apelyasiya prоtеsti üzrə) 619 cinаyət işindən 311 (50,2 fаiz) hökmün dəyişdirilmədən sахlаnması, 26 (4,2 fаiz) hökmün ləğv еdilməsi, 226 (36,5 fаiz) hökmün dəyişdirilməsi, 47 (7,6 faiz) qərarın dəyişdirilmədən saxlanılması,         7 (1,1 faiz) qərarın ləğv edilməsi, 2 (0,3 faiz) qərarın dəyişdirilməsi, həmçinin    4 iş üzrə verilmiş etirazlardan 2 etirazın təmin edilməsi, 2 etirazın təmin edilməməsi, 2019-cu ildə 2018-ci illə müqаyisədə birinci instаnsiyа məhkəmələrinin çıxardığı hökmlərin ləğvinin və dəyişdirilməsinin artması, hərbi kоllеgiyаdа bахılmış (hökmlərdən vеrilmiş apelyasiya şikаyəti və apelyasiya prоtеsti üzrə) 46 hərbi cinаyət işindən 17 (36,9 fаiz) hökmün dəyişdirilmədən sахlаnması, 1 (2,2  faiz) hökmün ləğv еdilməsi, 27 (58,7 fаiz) hökmün dəyişdirilməsi, 1 (2,2 faiz) qərarın dəyişdirilmədən saxlanılması, həmçinin 1 iş üzrə verilmiş etirazın təmin edilməməsi, 2019-cu ildə 2018-ci illə müqayisədə hərbi məhkəmələrin qəbul еtdiyi hökmlərin ləğvinin stabil qalması, dəyişdirilməsinin isə artması, hesabat dövründə məhkəmədə baxılmış 14 cinayət işi olmaqla, 10 iş üzrə 11 nəfər barəsində ittiham hökmlərinin ləğv edilərək bəraət hökmünün çıxarılması, 4 iş üzrə isə 7 məhkum edilmiş şəxsə hissəvi bəraət verilməsi, 2019-cu ildə məhkəmədə işlərə bахılmаsı zаmаnı 9 iş üzrə хüsusi qərаrdаd çıxarılması, onlardan 3 iş üzrə хüsusi qərаrdаd hakimlər barəsində (Muradağa Qasımov, Ülvi Qənbərov, Atabəy Kiçibəyov), 3 iş üzrə хüsusi qərаrdаd vəzifəli şəхslərin (polis əməkdaşlarının) hərəkətlərində qanun pozuntularının əlаmətləri аşkаrа çıхаrıldığındаn  qəbul еdilərək аidiyyəti üzrə yuхаrı təşkilаtlara, 3 iş üzrə isə xüsusi qərardad cinayət tərkibinin olub-olmaması  araşdırılması üçün müvafiq prokurorluq orqanına göndərilməsi xüsusi vurğulanmışdır. 

Sonra 2019-cu il ərzində Şirvan Apelyasiya Məhkəməsinə daxil olan müraciətlər, həmçinin onlayn müraciətlər barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır. Məhkəmənin sədri Rəşadət Ağayev hesabat ilində məhkəmə kollegiyalarında ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti, məhkəmə aparatının və məhkəmənin maliyyə-təsərrüfat məsələləri istiqamətində görülmüş işlər barədə də tədbir iştirakçılarına geniş məlumat vermişdir. İclasda 2019-cu il ərzində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış işlərlə bağlı cinayət kollegiyasının sədri Etibar Camalovun, Hərbi Kollegiyada baxılmış işlərlə bağlı hakim Rafiq Cəfərovun, Mülki Kollegiyada baxılmış işlərlə bağlı mülki kollegiyanın sədri Zəki Babayevin, İnzibati-İqtisadi Kollegiyada baxılmış işlərlə bağlı inzibati kollegiyanın sədr əvəzi Müşfiq Həsənovun məruzələri dinlənilmişdir.

İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Tahir Kazımov, Gündüz Quliyev, Kəmaləddin Bədəlov çıxış edərək kassasiya qaydasında baxılan cinayət, mülki və inzibati-iqtisadi işlər barədə məlumatı, rast gəlinən nöqsanları, həmçinin qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırmış və gələcəkdə baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə müvafiq  zəruri  tədbirlərin görülməsi üçün öz tövsiyələrini verərək vahid məhkəmə təcrübəsinin yaradılması istiqamətində öz təkliflərini bildirmişlər.

Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin xidməti araşdırmalar şöbəsinin rəisi Anar Cəfərov öz çıxışında 2019-cu ildə respublikanın bir sıra məhkəmələrində monitorinqlərin aparıldığını, aparılmış monitorinqlər nəticəsində bir çox nöqsanların üzə çıxdığını vurğulayaraq yığıncaq iştirakçılarının diqqətini məhkəmələrə müraciət edən şəxslərin ərizə, şikayət və təkliflərinin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə baxılması, operativ şəkildə cavablandırılması, müraciət edən şəxslərin haqlı narazılığına səbəb olan neqativ halların aradan qaldırılması və həlli istiqamətində görülə biləcək məsələlərə yönəltmişdir. Anar Cəfərov vətəndaşların məhkəmə orqanlarına olan inamının artırılması, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi istiqamətində yuxarıda qeyd olunan məsələlərə məhkəmələr tərəfindən xüsusi diqqət ayrılmasının zəruriliyini, vətəndaş məmnunluğunun yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Məruzəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məhkəmələrin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərin qanunvericiliyə uyğun olaraq araşdırılması istiqamətində görülmüş işlərdən söhbət açaraq bu sahəyə hakimlərin daha həssas yanaşmalı olduğunu qeyd etmişdir.

Həmçinin Şirvan Apelyasiya Məhkəməsinin sədr müavini Ələsgər Novruzov, mülki kollegiyanın sədri Zəki Babayev, hakim Tofiq Heydərov birinci instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən baş verən xarakterik nöqsanlar barədə geniş məlumat verərək iclas iştirakçılarının diqqətinə çatdırmış və müzakirə edilmişdir.

Daha sonra sədr Rəşadət  Ağayev  Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanını, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ölkə Konstitusiyasında və Fərmanda əks olunmuş əhəmiyyətli aspektlərin məhkəmələrin fəaliyyəti üçün mühüm istiqamətləri müəyyənləşdirdiyini, dövlət  başçısının bu Fərmanının məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanması üçün mühüm hüquqi təməl olduğunu diqqətə çatdıraraq, son illər ədalət mühakiməsinin inkişafı ilə bağlı baş vermiş müsbət dəyişikliklərin bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olduğunu, bütövlükdə məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində proqram xarakterli sənədlər qəbul edildiyini, məhkəmələrin infrastrukturunun yenilənməsini və maddi-texniki bazasının möhkəmləndirilməsini, yeni nəsil hüquqşünasların formalaşdırılması istiqamətində mühüm tədbirlər görüldüyünü, ölkə başçısının dövlət məmurları qarşısında qoyduğu tələbləri, xüsusilə insanlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət edilməsi, sui-istifadə, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi, vətəndaş məmnunluğunun yüksəldilməsinin zərurətini vurğulamışdır.

Hesabat tədbirinə yekun vuran Şirvan Apelyasiya Məhkəməsinin sədri 2019-cu ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, Şirvan Apelyasiya Məhkəməsi və onun ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin fəaliyyətində səmərəliliyin daha da artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə və qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyələrini vermişdir.