Tədbir iştirakçıları əvvəlcə dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra, Şirvan Apelyasiya Məhkəməsində məhkəmənin hakimləri və əməkdaşları ilə birgə “Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasında hüquq sisteminin inkişafında rolu” mövzusunda tədbir keçirilmiş, ilk öncə ümummilli liderin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. 

Tədbiri giriş sözü ilə Şirvan Apelyasiya Məhkəməsinin sədr müavini Ələsgər Novruzov açaraq ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs etmiş, sonra Şirvan Apelyasiya Məhkəməsinin hakimləri Zeynal Zeynalov, Zəki Babayev, İlham Əsədov və Kamil Bəşirov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan, idarəçilik sahəsində xüsusi qabiliyyətindən, intellektindən, qanunvericiliyin təkmilləşdirilməsinə, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə verdiyi önəmdən danışaraq eləcə də ulu öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğunu qeyd edərək Ulu öndərə Allahdan rəhmət diləmişlər.