Daxil ol

Daxil ol

Şəki Apellyasiya Məhkəməsi

Vətəndaşların qəbulu

https://courts.gov.az/az/shakiappeal/page/Vtndaslarin-qbulu_1706

2021-05-13 16:16:19

Vətəndaşların qəbulu

Şəxslərin qəbul edilməsi qaydası

 

1. Şəki Apellyasiya Məhkəməsində şəxslərin qəbulu məhkəmənin sədri və aparatın məsul işçiləri tərəfindən həyata keçirilir.

 

2. Şəki Apellyasiya Məhkəməsinin sədri şəxsləri həftənin çərşənbə axşamı saat 11:00-dan 13:00-dək, cümə axşamı saat 15:00-dan 17:00-dək qəbul edir.

 

 3. Şəxslər bir qayda olaraq qəbul günü saat 09:00-dan 13:00-dək ərizə ilə məhkəmə aparatının məsul əməkdaşına müraciət edir, ərizələr araşdırılıb yoxlanıldıqdan sonra sədrin qəbuluna yazılırlar. Qəbula yazılmaq üçün aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:

 

3.1. şəxsiyyəti təsdiq edən sənəd;

3.2. şikayət ərizəsi;

3.3. məhkəmə aktlarının surəti.

 

4. Şəki Apellyasiya Məhkəməsinin aparatının məsul işçiləri tərəfindən şəxslərin qəbulu həftənin I-V günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.

 

5. Uzaq rayonlardan gələn şəxslər, əlillər, veteranlar və digər imtiyazlı vətəndaşlar məhdudiyyətsiz qəbul edilirlər.

 

6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.

 

7.Hakimlər və ya məhkəmə aparatı işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərlə əlaqədar məhkəmənin contаct@shekiappealcourt.gov.az elektron poçt ünvanına və ya 044-277-09-25 nömrəli telefonla Şəki Apellyasiya Məhkəməsində yaradılmış “Qaynar Xətt”ə müraciət edə bilərsiniz.

Qeyd: Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar vətəndaşların bilavasitə qəbulu dayandırıldığından, qəbul yalnız telefon və internet rabitəsi vasitəsi ilə həyata keçirilir. Vətəndaşlar yuxarıda müəyyən edilmiş qaydada videoqəbula yazıla bilərlər. Videoqəbulların həyata keçirilməsi məqsədi ilə məhkəmədə xüsusi avadanlıqla təchiz olunmuş qəbul otağı ayrılmışdır. Qəbul otağına vətəndaşın video və audio yazı qurğusunun, həmçinin mobil telefonunun gətirilməsi qadağan edilir, eləcə də kənar şəxslərin qəbul prosesini birbaşa və ya digər formada izləməsinə yol verilmir. Videoqəbul zamanı məhkəməyə ünvanlanan bütün müraciətlərin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada baxılması təmin edilir.

Vətəndaşlar həmçinin məhkəmə aparatının məsul əməkdaşları ilə (024)244-70-31, (044)-277-09-24 nömrəli telefonla əlaqə saxlayıb müraciətlərini məhkəməyə ünvanlaya bilərlər.

Əlavə olaraq bildiririk ki, qəbul zamanı qeyri-etik hərəkətlərə və ifadələrə yol verən şəxslərlə video və audio əlaqə xəbərdarlıq edilmədən dərhal dayandırılacaqdır.