Daxil ol

Daxil ol

Şəki Apellyasiya Məhkəməsi

Könüllülər üçün

https://courts.gov.az/az/shakiappeal/page/Konullulr-ucun_3438

2021-05-13 16:33:28

Könüllülər üçün

Aprel ayının 1-dən Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsində könüllülük fəaliyyəti göstərmək istəyən gənclərin qeydiyyatı  başlandı.

Könüllülər Proqramına yaşı 18-dən 30-dək olan əsasən hüquq sahəsinə maraq göstərən şəxslərin cəlb edilməsi nəzərdə tutulmuşdur.

Könüllü olmaq istəyən gənclərin həvəsi və işlədiyi qurumu layiqincə təmsil etmək arzusu olmalıdır. Könüllü olmaq istəyənin müasirliyə, yeniliyə meyilli olması arzu olunur. Könüllü gənclərin istəyi ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarların müzakirəsinə dair məhkəmədə hər həftə keçirilən seminarda onların da iştiraklarına şərait yaradılacaqdır.

Könüllülərlə birgə iş birliyi Şəki Apelyasiya Məhkəmənin gənclər siyasəti sahəsində həyata keçirdiyi tədbir və layihələrin, eləcə də təqdim edilən dövlət xidmətlərinin tərkib hissəsidir.

Proqrama qoşulmaq istəyənlər Şəki Apellyasiya Məhkəməsinin internet səhifəsində könüllülər üçün yaradılmış bölmədə qeydiyyatdan keçməklə və yaxud SV-lərini məhkəməyə təqdim etməkələ keçə  bilərlər.

Tələb olunan sənədlər aşağıdakılardır: şəxsiyyət vəsiqəsinin surəti, tələbə bileti və ya diplomun surəti, tərcümeyi hal və 3x4 fotoşəkil.

Əlavə məlumat almaq üçün bu