Dövlət siyasətinin əsas tərkib hissəsi olmuş, Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda rəşadətlə döyüşmüş, həmçinin şəhid olmuş hər bir əsgər və zabitinin  ailələrinin sosial müdafiəsi və rifahının yaxşılaşdırılması bu gün də diqqətdən kənarda qalmamış, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu yaradılmışdır.

Şəki Apellyasiya Məhkəməsinin kollektivi də yaradılmış bu fonda pul vəsaiti köçürmüş və Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara öz maadi və mənəvi dəstəyini bildirmişlər.