Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” yaradılmışdır. Fondun əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.

Bu məqsədlə də Şəki Apellyasiya Məhkəməsinin kollektivi də, öz dəstəyini bildirərək “Qarabağ Dirçəliş Fondu” - na pul vəsaiti köçürmüşdür.