Daxil ol

Daxil ol

Şəki Apelyasiya Məhkəməsi

Şəki Apelyasiya Məhkəməsi

https://courts.gov.az/az/shakiappeal

2020-07-11 21:38:18

Şəki Apelyasiya Məhkəməsi

Şəki Apelyasiya Məhkəməsinin yeni binası




Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Kompleksinin layihəsi hazırlanmışdır və kompleksin inşası 2015-ci ildə başa çatmışdır. Həmin məhkəmə kompleksində Şəki Ağır Cinayətlər, Şəki İnzibati, Şəki Kommersiya və Şəki Rayon məhkəmələri ilə birgə Şəki Apelyasiya Məhkəməsi də yerləşir.



Şəki Apelyasiya Məhkəməsinin yaradılması


Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə - hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi yaradılmışdır:

 -  birinci instansiya,

 -  apelyasiya instansiyası,

 -  kassasiya instansiyası.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli, Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanla bu sistem yeni mərhələyə qədəm qoymuşdur.

Şəki Apelyasiya Məhkəməsi 16 iyul 2007-ci il tarixindən fəaliyyətə başlamışdır.

Şəki Apelyasiya Məhkəməsi Rəyasət Heyətindən, Mülki Kollegiyadan, İnzibati-İqtisadi Kollegiyadan, Cinayət Kollegiyasından və Hərbi Kollegiyadan ibarət yuxarı instansiya məhkəməsidir.

Şəki Apelyasiya Məhkəməsinin kollegiyaları apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır.

 


Şəki Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri:

 

- Ağdaş rayonu;
- Ağsu rayonu;
- Balakən rayonu;
- Göyçay rayonu;
- İsmayıllı rayonu;
- Mingəçevir şəhəri;
- Oğuz rayonu;
- Qəbələ rayonu;
- Qax rayonu;
- Şəki rayonu;
- Ucar rayonu;
- Yevlax rayonu;
- Zaqatala rayonu;
- Zərdab rayonu;

 

- Şəki Ağır Cinayətlər Məhkəməsi;

 

- Gəncə Hərbi Məhkəməsi (Şəki Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);

 

- Tərtər Hərbi Məhkəməsi (Şəki Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);

 

- Şəki İnzibati Məhkəməsi;

- Şəki Kommersiya Məhkəməsi.