Daxil ol

Daxil ol

Saatlı Rayon Məhkəməsi

Məhkəmə haqqında

https://courts.gov.az/az/saatly

2017-03-30 14:08:36

Məhkəmə haqqında

Saatlı Rayon Məhkəməsinin binası


 

Rayon və məhkəmə haqqında qısa məlumat

1943-cü il may ayının 25-də yaradılmış, 1963-cü ildə ləğv edilərək Sabirabad rayonuna birləşdirilmiş və yenidən 1965-ci il yanvar ayının 14-də müstəqil rayon statusunu almışdır.

Məhkəmənin əvvəlki adı - Saatlı Rayon Xalq Məhkəməsi.

Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı Azərbaycan Respublikasında inzibati rayondur. 1964-cü il may ayının 25-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30/21 nömrəli qərarına əsasən Saatlı müstəqil rayon kimi təşkil edilmişdir. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvar ayının 14-də yenidən müstəqil rayon statusunu almışdır. 1 şəhər, 43 kəndi birləşdirən Saatlı rayonunun hazırda ərazisi 1180 km, əhalisi isə 95.1 min nəfərdir. Saatlı rayonu ərazisində 2443 nəfər qaçqın, 3403 nəfər isə məcburi köçkün məskunlaşmışdır. Saatlı rayonu cənubdan Biləsuvar rayonu, cənub-qərbdən İmişli rayonu, şimal-şərqdən Sabirabad rayonu ilə həmsərhəddir.