Daxil ol

Daxil ol

Quba Rayon Məhkəməsi

Məhkəmə haqqında

https://courts.gov.az/az/quba

2016-12-05 12:06:25

Məhkəmə haqqında

Quba Rayon Məhkəməsinin yeni binası

 

 

 

Azərbaycan Hökümətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi «Ədliyyə Sisteminin Müasirləşdirilməsi» Layihəsi çərçivəsində Quba Rayon Məhkəməsinin mütərəqqi beynəlxalq standartlara cavab verən yeni inzibati binası 2014-cü ildə inşa edilmişdir.

 

 

 

Quba Rayon Məhkəməsinin köhnə binası


 

Quba rayonu haqqında qısa məlumat

Quba - Azərbaycanda rayon. Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşir. Yaşı ilk orta əsrlərə gedib çıxan Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Belə ki, Peyğəmbərimizin Məkkə şəhəri ətrafında tikdiyi ilk məscidin adı Quba adlanır. XI əsrdə Azərbaycan hakimi Anuşirəvanın tikdirdiyi qalanın adı "Bade-Firuzqubat" idi, XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilirdi, XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında "Kubba" da vardır, XVI əsrin səfəvi qaynaqlarında isə Quba "Qübbə" kimi verilmişdir.Bəzi mənbələrdə Qudyalçayın adı ilə bağlı olub Quda adlanır. Quba şəhərinin ilk təməl daşı XIV əsrdə qoyulmuşdur. Quba xanlığı - XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı Azərbaycanın şimal-qərbində yerləşirdi. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü. Quba xanlığının hökmdarlarından ən məhşuru olmuş Fətəli xan çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkarana qədər bütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdir. Həmin dövrdə yəhudilər Qubaya, Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilmişdir. Əvvələr Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı Qəsəbə adlanır. Dağıstan xanları Quba xanlığı üçün həmişə şimal tərəfdən təhlükə mənbəyi olmuşdur. Rusiya da Qafqaza və Zaqafqaziyaya geosiyasi maraq göstərməyə başlayanda burada öz-üsul idarəsini bərqərar etmək qərarına gələndə Quba xanlığının sərhədlərini qorumaq xeyli çətinləşdi və XIX əsrin əvvələrində (1813-cü ildə) Quba xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu. XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakıquberniyasına daxil edildi. 1930-cu il avqust ayının 8-də Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi. Rayon Quba-Xaçmaz iqtisadi zonasına daxildir. Əhalisinin sayı 155 min 624 nəfərdir (01 yanvar 2011). Ümumi ərazisi 2580 km²-dir. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Quba rayonunda 386 ailədən ibarət olmaqla 1672 nəfər qaçqın və məcburi köçkünlərin sayı isə 72 aildən ibarət olmaqla 271 nəfər məskunlaşmışdır (01 mart 2011). Rayon Xaçmaz və Qusar rayonları ilə həmsərhəddir.