Daxil ol

Daxil ol

Ordubad Rayon Məhkəməsi

Məhkəmə haqqında

https://courts.gov.az/az/ordubad

2017-06-25 16:45:11

Məhkəmə haqqında

Ordubad rayonu haqqında qısa məlumat

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. 4 yanvar 1963-cü ildə Culfa rayonunun tərkibinə daxil edilmiş, 6 yanvar 1965-ci ildə Culfa rayonunun tərkibindən çıxarılaraq müstəqillik statusu bərpa edilmişdir. Ordubad torpağının mənşəyi barədə mülahizələr müxtəlifdir. Bəziləri bunu "ordu" və "bal" //"pat"( və ya aba) hissələrindən ibarət sayır. Mənası "ordu yeri" deməkdir. Mənbələrin məlumatına görə, bu toponim müxtəlif vaxtlarda orbad, urdubad, orduvad və s. adlandırılmışdır. Tədqiqatçı Ə.Hüseyni isə bu toponimin əvvəl "Ordubad" adlanıb, "Bəyin qalası" mənasını verdiyini bildirir. Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX-XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahları təəcübləndirmişdir. Rus alimi İ.Şopen, polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarını bildirmişlər. Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və başqa Avropa şəhərlərinə ipək ixrac olunurdu.

Ordubad rayonu cənubdan İran İslam Respublikası, şimaldan və şərqdən Ermənistanla, şərqdən Culfa rayonu ilə həmsərhəddir. Ərazisi 972.5 kv.km təşkil edir. Əhalisi 45 min 403 nəfərdir (13 iyun 2011). Rayonda 43 kənd, 3 qəsəbə və 1 şəhər vardır. Rayonun ərazisindən Araz, Ordubadçay və Vənəndçay çayları axıb keçir.