Daxil ol

Daxil ol

AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI

Sənədlərin nümunələri

https://courts.gov.az/az/main/page/Sndlrin-numunlri_2773

2017-01-20 07:24:26

Sənədlərin nümunələri

Müraciət formalarının anlayışları



İddia ərizəsi - pozulmuş və ya mübahisəli hüququn, qanunla qorunan mənafeyin müdafiəsi üçün məhkəməyə, inzibati-iqtisadi məhkəməyə və ya münsiflər məhkəməsinə edilən yazılı müraciət.

Ərizə - şəxsə məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.

Şikayət - aidiyyəti və səlahiyyətli instansiyaya pozulmuş hüququn bərpası tələbi barədə müraciət.

Vəsatət - mühakimə icraatında proses iştirakçısının prosessual və yaxud məhkəmə hərəkətlərinin həyata keçirilməsi haqqında konkret iş üzrə qətnamələrin və ya digər qərarların qəbul edilməsi haqqında xahişlə cinayət işi üzrə icraatı aparan vəzifəli şəxsə, yaxud dövlət orqanına yazılı və ya şifahi müraciəti.

Etiraz - iş üzrə prosesin istənilən anında qanunvericiliklə müəyyən edilmiş hallarda prosessual hərəkətlərlə, prosessual qərarlarla və ya prosesin hər hansı iştirakçısının iştirakı ilə razılaşmayaraq prosessual hərəkətləri həyata keçirən orqanlara və ya məhkəməyə ünvanlanmış əsaslandırılmış yazılı ərizədir.