Daxil ol

Daxil ol

AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI

Azərbaycan Respublikası

https://courts.gov.az/az/main/page/Azrbaycan-Respublikasi_2305

2017-05-29 16:47:34

Azərbaycan Respublikası

Azərbaycan Respublikası

  • Dövlətin rəsmi adı: Azərbaycan Respublikası
  • Paytaxtı: Bakı
  • Paytaxt əhalisinin sayı: 2 064 917
  • Dövlət dili: Azərbaycan dili
  • Əsas din: islam
  • Din: din dövlətdən ayrıdır və bütün dinlər qanun qarşısında bərabərdir
  • Pul vahidi: manat (100 qəpik)
  • Əhalisi: 9 111 100 nəfərdir

Azərbaycan dövləti özünün konstitusiya xarakteristikalarına görə demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Unitarlığın xüsusiyyəti ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Azərbaycan dövləti idarəetmə formasına görə prezident respublikasıdır. Hakimiyyət sistemi hakimiyyətin qanunverici, icra və məhkəmə qollarına bölünməsi prinsipi ilə tənzimlənir. Azərbaycanın siyasi sistemində yerli özünüidarə orqanları — bələdiyyələr müəyyən yer tutur. Azərbaycanın partiya-siyasi sistemi plüralizmlə səciyyələnir.

 

Azərbaycan aşağıdakı beynəlxalq təşkilatların üzvüdür:

    * Birləşmiş Millətlər Təşkilatı (BMT) - 1992-ci il.

    * Müstəqil Dövlətlər Birliyi (MDB) - 1993-cü il.

    * Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) - 1995-ci il.

    * Avropa Şurası (AŞ) - 2001-ci il.

    * Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat  (GUAM) - 1997-ci il.

    * İslam Konfransı Təşkilatı (İKT) - 1991-ci il.

    * Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) - 1992-ci il.

    * İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) - 1992-ci il.

Azərbaycan Avropa İttifaqı, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla əməkdaşlıq edir.