Daxil ol

Daxil ol

AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI

Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi”

https://courts.gov.az/az/main/page/Avropa-Surasinin-dliyynin-Kristal-Trzisi_3372

2020-06-03 17:33:15

Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi”

Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsində mükafata layiq görülmüş “Məhkəmənin Nəbzi: İdaretmədə İnqilab” layihəsinə dair

MƏLUMAT

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası 2017-ci ildə “Məhkəmənin Nəbzi: İdaretmədə İnqilab” layihəsi ilə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsində iştirak etmişdir.

Məlumat üçün bildirilir ki, “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi Avropa Şurası tərəfindən 2005-ci ildən başlayaraq iki ildən bir keçirilir və həmin müsabiqə çərçivəsində ədliyyə, məhkəmə, prokurorluq və vəkillik fəaliyyəti ilə bağlı Avropa Şurasının 47 üzv dövləti sırasından ən qabaqcıl və səmərəli təcrübələr seçilərək mükafatlandırılır.

2017-ci ildə Avropa Şurasının üzv dövlətləri, o cümlədən Azərbaycan Respublikası və iki beynəlxalq təşkilat tərəfindən 37 layihə “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinə təqdim olunmuşdur.

27 oktyabr 2017-ci il tarixində Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi üzrə qalib dövlətlər elan olunmuşdur. Ədliyyə və məhkəmə sistemi sahəsində uğur qazanmış Avropanın 4 ən qabaqcıl layihəsi Avropa Şurası tərəfindən mükafata layiq görülmüşdür.

Avropa Şurası Münsiflər Heyətinin Paris şəhərində keçirilmiş iclasının qərarına əsasən təqdim eedilmiş “Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab” adlı layihə qalib gəlmiş 4 layihə sırasına daxil edilmişdir (digər üç layihə Norveç, Bolqarıstan və İtaliyaya aiddir).

Azərbaycanın qalib gəldiyi “Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab”  layihəsi “Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsidir və əsas mahiyyəti məhkəmə sistemində mütərəqqi elektron idarəetmənin tətbiq olunmasından ibarətdir (İntellektual İdarəetmə). Bu sistem toplanan elektron statistik məlumatlar əsasında müxtəlif alqoritmlər tətbiq edilməklə müxtəlif növ analitik hesabatların elektron hazırlanmasını, məhkəmə və hakimlərin fəaliyyətinin qiymətləndirilməsini, məhsuldarlığının ani müəyyən etməsini mümkün edir. Bununla məhkəmə sistemində strateji idarəetmənin və planlaşdırmanın səmərəliliyi əhəmiyyətli dərəcədə artırılır, daha geniş məlumat göstəriciləri üzrə qərar vermək imkanları yaradılır.

Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatı Azərbaycanda məhkəmə-hüquq sistemi sahəsində aparılan islahatlara verilən ən yüksək tarixi qiymətdir və bununla ölkəmizin adı Avropanın məhkəmə tarixində qabaqcıl təcrübəyə malik olan ölkə kimi həkk olunmuşdur.

 

Ramin Qurbanov

“Elektron məhkəmə” informasiya sistemi

üzrə İşçi Qrupunun rəhbəri